Təşəkkür edirəm, Həlimə xanım.

“Psixi enerjinin artırma yolları” təlimində.

Fidan Aydin
Finca - İş və həyat balansı
Webinar SOCAR Tower
Hörmətli Halima xanım !
Mən sizin Xəzər tv də göstərilən Anamın yeməyindən yoxdur adlı verilşindəki çixışınıza baxdım !
Siz insanlarin öz psixikasını necə qorumaq haqda həmçinin duzgun qidalanma haqda savadlı fikirlərinizi bəyəndim !
Siz əsl psixoloqsunuz !
‎Elcin Axundov‎

Halinka, Spasibo bolshoe!! Fidan ne tolko poluchila udovolstvie ot webinara, no i smogla oboznachit i ocenit svoi kompetencii otnositelno drugix uchastnikov! A tvoy pozitivniy nastroy zarajal nas vsex udalenno.!!!)

Laman Abasbayli-Pashayeva

Faydalı məlumatlar üçün minnətdarıq. Azərbaycan Sahibkarlar Konfederasiyası ilə əməkdaşlıq üçün təşəkkür edirik.

Нармин Ганиева

Təşəkkür edirik. Əla idi

Azərbaycan Sahibkarlar Konfederasiyası

Çox saqolun ki, hal-hazır ki, çətin #evdəqal şəraitində və stressin daha da çox olduğu bir vaxtda, bu tip məlumatlara ehtiyac olduğu zaman, siz bizə geniş miqyaslı və çox aydın şəkildə izahlar verdiyiviz və necə stressdən uzaq qalma yolları haqqında məlumatlandırdığıvız üçün sizə minnətdarıq.

Azer İsmayilov, SOCAR-AQS LLC

Yaşından və təcrübəsindən asılı olmayaraq hər bir peşəkarın inkişafa və innovativ həllərin tətbiqini öyrənməsinə ehtiyacı var. Şəxsim adına idarəçiliklə bağlı yeni yanaşmalarla dolu bu təlim üçün Sizə təşəkkür edirəm.

Yeganə Laçınzadə, İpoteka və Kredit Zəmanət Fondunun

Növbeti maraqli ve mena dolu keçirilmiś ders. Men eminem ki, her bir telim iśtirakçisi özü üçün faydali bilikler elde etdi. Bir daha teśekkürler size!

Aida Georgiya, İpoteka və Kredit Zəmanət Fondunun

Liderliyin menecment prosesində oynadığı rolun xüsusiyyətləri istənilən təşkilat və cəmiyyətin həyatında əvəz edilməzdir. Traninq zamanı həm maraqlı nəzəri yanaşma və həmçinin də faydalı praktiki diskusiyyalar mövzu ətrafında auditoryida yeni baxış perspectivləri açdı və bütün kolleqaların diqqətini cəlb etdi.
Faydalı biliklər, idarəetmə proseslərinə maraqlı yanaşma və şəxsi təcrübənizi paylaşmanız üçün sizə bir daha təşəkkür etmək istərdim. Liderlərin şəxsi inkişafının funksional təhlili və müasir təcrübədə tətbiqi, innovativ həllərə keçid hər bir lider üçün xüsusi ilə zəruridir. Gələcəkdə də bu və digər mövzularda tərəfininizdən planlaşdırılan tədbirlərə qoşulmaqdan məmnun olardım.
Sizə işlərinizdə və şəxsi həyatınızda uğurlar arzu edirəm.

Ahraman Mammadov, İpoteka və Kredit Zəmanət Fondunun

Bu sizin sosial məsuliyyətinizdir və cəmiyyətin inkişafına verdiyiniz fayda.

Murad Ismaylov, İpoteka və Kredit Zəmanət Fondunun

Halima xanim, dogrudan da her seye gore cox sag olun!!!! Sizin semimiliyiniz, individuallaginiz, movzuya hakimliyiniz, sirin danisiginiz her seye besdir!!! Var olun….. bizimle olun!

Sevinge Teymurova

Hörmətli Həlimə xanım,

2019-cu il ərzində iki  modul üzrə altı qrup üçün apardığınız  təlimlər nəticəsində əməkdaşlarımızın inkişafına və keçirilən təlimlərin mövzuları üzrə bilgilərinin artmasına səbəb olmusunuz.

Buna görə Sizə dərin təşəkkürümüzü bildiririk!

Eyni zamanda nümayiş etdirdiyiniz işinizə peşəkar yanaşma və operativliyə görə də minnətdarlığımızı bildirmək istərdik. Yeni strategiyamızın dəyərlərindən biri olan “çeviklik” anlayışı sahəsində olan təcrübəniz tərəfimizdən çox yüksək qiymətləndirilir.

Aramızda qurulmuş xoş və isti əməkdaşlıq münasibətləri bizim üçün çox dəyərlidir. Növbəti illərdə əməkdlaşlığımızın daha da möhkəmlənəcəyinə və uzun müddətli olacağına ümid edirik.

Sizə gələcək layihələrinizdə uğurlar və qarşınızda olan bütün məqsədlərə çatmağı arzu edirik!

Hörmətlə,

Ziba Mustafayeva, SHRM-SCP, SPHRi™

“Çox maraqlı sesiya idi, biz bildiklərimizi və stres barədə daxili hisslərimizi strukturlaşdıra bildik. Həmçinin stresə muqaviməti artıran alətləri də öyrəndik.
Çox sağ olun.”

Rəna Hacıyeva

“Verlişə baxdım. İnsan dediyiniz hər bir cümlədən özü üçün dərs çıxara bilər. Çox faydalı məsləhətlər verirsiniz. Çox təşəkkür edirəm.” (“Çöldə yaşam Öyüdləri” verlişindəki iştirakım haqda)

Həyat Məmmədova, “Amal Studio” əməkdaşı

“Həlimə xanım, bü təlimə görə sizə təşəkkür edirəm. Mən “Agile” texnologiyaların icra edilməsi barədə əvvəl də məlumatlı idim, lakin “Agile Mindset”in kritik olduğunu bilmirdim. O, çox önəmlidir. Biz nə qədər çevik olmaq istəsək də, əsas çevik düşüncəni mənimsəməliyik. Bu mövzuya aid təlim keçirməyiniz çox önəmlidir və mən düşünürəm ki, “Agile” olmaq istəyən bütün şirkətlər birinci çevik zəkadan başlamalıdırlar və yalnız bundan sonra “Agile” texnikası barədə öyrənməlidirlər. Buna görə də, bü təlimi keçirdiyinizə görə sizə təşəkkür edirəm.”

Edqar Abdullayev, Azerconnect şirkətinin Call Center-nin direktoru

“Bugünki təlimdə çox şey öyrəndim. Çox maraqlı və faydalı idi. Çox təşəkkür edirəm!” (“İş və həyat balansı” təlimindən sonra)

Fidan Salihova, KPMG

“Həlimə, bu gözəl iki günə görə sənə çox təşəkkür edirəm. Yeni təliminin bütün iştirakçıları heyran qaldılar. Afərin sənə. Sənə bol-bol uğurlar arzu edirəm.” (“Agile Mindset” təlimim barədə)

Çimnaz Qasımova

““Agile Mindset” təlimi bizə işdə seçməli və istifadə etməli olduğumuz yanaşmanı izah etdi. İnkişaf etmək, yeniliklərə açıq olmaq, müstəqil olub, qərarları müstəqil vermək, daim pozitiv olmaq lazımdır. Bugünki günə görə təşəkkür edirəm.” (Azercell əməkdaşları üçün keçirdiyim “Agile Mindset” təlimim barədə.)

Ağayeva Z. A., Azercell

“Həlimə xanım, gözəl çıxışınız və qatıldığınız üçün xüsusi təşəkkürlər.” (18-ci Beynəlxalq Avrasiya Cərrahiyyə Konqressindəki çıxışım barədə)

Dilqəm Məhərrəmov, estetik rekonstruktiv plastik cərrahiyə üzrə aparıcı ekspert

“Sənin iştirak etdiyin verlişi izlədim. Çıxışın çox xoşuma gəldi. Hər şeyi çox maraqlı izah etdin və məndə elə bir hiss yaratdı ki, sanki sənin yanında idim, çox təbii və emosional danışırdın.” (“Çöldə yaşam Öyüdləri” verlişindəki iştirakım haqda)

Nərmin Əmiraslanova

“Paylaşdığın verilişə baxıram. Atmosferdən, danışdığın dügün və ağıllı sözlərdən çox zövq aldım. Təşəkkür edirəm” (“Çöldə yaşam Öyüdləri” verlişindəki iştirakım haqda)

Rəşıd Əhmədov

Rəy və şərhlər

TƏƏSSÜRATLARINIZI MƏNİMLƏ BÖLÜŞÜN

Mən daha yaxşı olmaq üçün fikir çox maraqlı am