Project Description

Həlimə Qəmərlinskaya ilə seminar

Sevgi – ziddiyyətlə dolu və çox çətin təhlil olunan bir hissdir . “Müştərini sevmək” bundan daha çətin anlamdır. “Niyə müştərini sevməliyəm?”lə başlayan və “Onu necə sevməliyəm?”lə bitən suallarla müxtəlif və çoxlu sayda diskussiyalar aparmaq olar.

Bu mövzuda “Niyə” sualının cavabına fərqli şirkətlər öz müxtəlif yanaşma və ideyalarını əks etdirirlər. Satış təcrübəsi göstərir ki, “sevgi” satıcı və alıcı arasındakı xoş münasibətləri başa vurma prosesini çox sadələşdirir və sürətləndirir.

İkinci mövqeyə – “Necə sevə bilərik?”ə gəldikdə isə, dünya praktikasına və öz çoxşaxəli təcrübəsinə əsasən, çoxillik təcrübəyə malik həkim-psixiatr, biznes-təlimçi Həlimə Qəmərlinskaya sizinlə birlikdə bu sualların cavablarını tapmaq üçün lazımlı nüanslar barədə “Müştəriyə sevgi” adlı seminarında ıxış etmişdir.

Azərbaycanda ilk dəfə keçirilən təlim qeyri-adi, interaktiv formatda təqdim olunub. Təlimi iştirakçıları sadəcə dinləyici deyil, bilavasitə icraçı, bir növ “baş rolun ifaçısı”olaraq çıxış etmişdir. İki hissədən ibarət olan təlimin birinci hissəsində Həlimə Qəmərlinskaya interaktiv seminar keçirib. İkinci hissə isə spikerlərin –PAŞA Sığorta-nın idarə heyyətinin sədri Ülviyyə CabbarovaHRC  şirkətinin icraçı direktoru Cəmilə BayramovaAzercell şirkətinin İnnovasiya və Strategiya şöbəsinin rəhbəri İmran Bağırov,  BP şirkətinin  vitse prezidenti  Bəxtiyar  AslanbəyliAmCham Azərbaycan-ın icraçı  direktoru Natavan Məmmədovanın çıxışı ilə davam edib.

Qeyd etmək vacibdir ki, bu tədbirdə spiker qismində çıxış edən qonaqlar təlimin adını, yəni “Müştəriyə sevgi” mövzusunu fəaliyyətində rəhbər tutan şirkətin nümayəndələri olmuşdur. Bununla yanaşı, tədbir zamanı sonda qiymətli hədiyyələrdən ibarət lotoreya oynanılmışdır.

Tədbirin baş sponsoru PAŞA Sığorta, əsas tərəfdaş Azərcell, qızıl sponsor isə HRC  -dir. Bundan əlavə “Mybrands”, “Jasmin Travel”, “Carrousel chocolatier” şokolad brendi, “Soloha”, “Sabina” parfumeriya mağazaların şəbəkəsi,“Ağ çiçəyim”gül dükanları şəbəkəsi də tədbirin dəstəkçiləri sırasında idilər.

Admedia, ASAN-Radio, AmCham Azerbaijan, ATİB və  BBN təşkilatları tədbirin informasiya dəstəkçiləri idilər.

Tədbirin aparıcısı Leyla Əliyeva idi.

Tədbir 23 fevral 2018-ci il tarixində “Boulevard Hotel”də səhər saat 09:00-dan axşam 18:00-dək davam edib.

Tədbirdə 150 şirkətin iştirakı ilə 300 nəfər iştirak edib.