Bir ildir ki, ünsiyyət qurmağı, kollektivlə birgə öyrənməyi və motivasiya olunmuş fəaliyyəti gözləyirdik.
Bəzi təşkilatlar, bütün karantin tədbirlərinə uyğun olaraq artıq təlimlər keçirməyə başladılar.
Belə təşkilatlardan biri də məhz DOST Agentliyidir.
Mart ərzində 40 nəfərdən ibarət olan front ofis və çağrı mərkəzi işçiləri üçün “Stressin İdarə olunması” və “Ünsiyyət bacarıqlarının artırılması və Bədən dili” mövzularında təlimləri keçdik.
Təlimlər isti bir ünsiyyət şəraitində və çoxsaylı sualları müzakirə edərək keçirildi.
DOST Agentliyinin rəhbərliyi şəxsən təlimlərə qatıldı və bu da təlimlər təşkil edərək işçiləri həvəsləndirməyin nə qədər vacib olduğunu vurğuladı, çünki işçilərin bilik və bacarıqları təşkilatların əvəzsizolunmaz potensialıdır!
Növbəti görüşlərədək DOSTlar!