05 oktyabr 2019-ci il tarixində Azərbaycan Qadınlar Klubu (Women Bankers Club) təşkilatçılığı ilə növbəti seminar keçirilmişdir.
“Stresin idarə olunması” mövzusundaolan seminar Azərbaycanda tanınmış biznes konsultant,həkim-psixoterapevt, idarə etmək bacarıqların qiymətləndirilməsinin eksperti, təlimçi Həlimə Qəmərlinskaya tərəfindən aparılmışdır.
Seminar zamanı stresin mahiyyəti, əlamətləri,yaranma səbəbləri, əmək qabiliyyətinə vəorqanizmə zərərli nəticələri barədə məlumat verilmiş və təşkilatın fəaliyyətində baş verən problemlərin stres yaradan faktorları aradan qaldırmaqla qarşısını almaq yollarından bəhs olunmuşdur.
Həlimə Qəmərlinskaya seminar iştirakçıların stresə meyilliyinin yoxlanılması məqsədilə test tapşırıqları verib, stres hallarında davranış metodları, stresli şəraitə münasibəti dəyişmək metodu (reframing), antistres psixoloji mühitinin yaradılması barədə bəhş etmişdir.
Təlimin təşkili və keçirilməsi ilə əlaqədar bankir qadınlar təlimin yüksək səviyyədə təşkil olunduğunu, faydalı olduğunu və məqsədə tam nail olunduğunu qeyd etmişlər.
Qeyd edək ki, “Women Bankers Club” Azərbaycanda yeganə Qadın Bankirləri Klubudur. Klubun məqsədi Bank sektorunda çalışan Qadınları birləşdirib, uğurlu ünsiyyət platforması yaradaraq vahid ideologiya ətrafında faydalı fikir və peşəkarlıq mübadiləsinin aparılması, yeni tanışlıqların, banklararası münasibətlərin qurulması və möhkəmləndirilməsi, bir-birinə işgüzar dəstəyin təmin edilməsidir.
Klubun tədbirləri haqqında facebook səhifəsində dərc olunur. Bundan başqa klubun facebook-da qapalı və yalnız qadın bankirlərin qoşula biləcəyi qrupu da mövcuddur. Hazırda qrupun 800-dən çox üzvü vardır.