Bugünki gündə hər bir şirkət korporativ fəlsəfənin elementlərini formalaşdırmağa çalışır. Bəzən bu, dəbə aid bir şey, bəzən digərlərindən fərqli olmaq istəyi, bəzən də – təsvir edilən kimi yaşamaq üçün həqiqi bir istəkdir. Korporativ mədəniyyət eyni zamanda işçilərin davranışlarını idarə etmək üçün güclü bir vasitədir. Buna görə də bu təlim bu sahədə çalışan menecerlərin səriştəsini artırmaq məqsədilə hazırlanıb.
Öz fəlsəfəsi elementlərinin tərtibinə və ötürülməsinə hazırlaşan şirkətlərə «Korporativ mədəniyyət” təlimini tövsiyə edirəm. Bundan əlavə, bu təlim şirkətlərin korporativ mədəniyyətinin idarə olunmasına cavabdeh olan HR mütəxəssisləri üçün də faydalı ola bilər.
Təlimin əsas ideyası odur ki, korporativ mədəniyyət şirkətin veb saytındakı bir neçə gözəl sətirlə bitmir, bu – şirkətin və orada işləyən insanların bütöv təbiətini əks etdirən mürəkkəb bir orqanizmdir.
Təlim məqsədi:
- Menecerlər üçün “korporativ mədəniyyət” fenomeni və onun elementləri ilə bağlı ümumi konseptual bir fikir yaratmaq;
- Korporativ mədəniyyətin qurulması və yayımına yanaşmaları nəzərdən keçirmək;
- Korporativ mədəniyyətin təhlilini və sistematik şəkildə dəyişdirilməsini öyrətmək.
Təlim proqramı:
- Tanışlıq.
- Təlimin məqsədləri.
- Korporativ Mədəniyyət məfhumu.
- Dəyərlər nədir? Dəyərləri bilmək və yaşatmaq nəyə görə vacibdir?
- Təşkilatın mədəniyyət stilini araşdıran test (Kameron testi).
- Orqanik Təşkilat Mədəniyyət Stili.
- Sahibkarlıq Təşkilat Mədəniyyət Stili.
- Bürokratik Təşkilat Mədəniyyət Stili.
- Partisipativ Təşkilat Mədəniyyət Stili.
- Qrup müzakirəsi və ümümi stilin müəyyən edilməsi.
- Çay fasiləsi.
- Qrup çalışması (3 nəfərlik 5 komanda yaradılır. 1,5 saat vaxt verilir).
- Komandaya verilən tapşırıq və suallar:
- Komandaya düşən Dəyər üçün lozunq yaratmaq;
- Dəyərin əhəmiyyətini 3 səbəblə qeyd etmək;
- Dəyərin yaşanmadığı təqdirdə yaranacaq riskləri araşdırmaq;
- Dəyəri vizuallaşdırmaq (Rəsm, aplikasiya və ya digər üsullarla).
- Təqdimatlar. Hər komandaya 5-6 dəqiqə vaxt verilir.
- Yekun