Şənbə günü, martın 4-də, məlum hadisədən dərhal sonra Bravo Supermarket Azerbaijan rəhbərliyi mənimlə birbaşa əlaqə saxladı və ora gəlib əməkdaşları ilə görüşmək xahişi ilə müraciət etdi. Bir saat sonra faciəli hadisələrin baş verdiyi yerdə oldum, amansız cinayətin qözu garşısında baş verdiyi şahid əməkdaşların psixi durumunun ilkin qiymətləndirilməsini və təcili psixoloji yardım göstərdim.

Nəticədə, birbaşa şahidlərlə- fərdi sessiyaların keçirilməsi və həmin gün iş yerində olan və müştərilərin panikasını çalışıb idarə edənlərə stresə müqavimətin artırılması üçün təlimlərin keçirilməsi qərara alınıb. Martın 4-dən 9-a kimi mən bu əməkdaşlarla işləmişəm, videoda yalnız təlimin hissələri var.

Mənim üçün çox sevindirən məqam şirkət rəhbərlərinin işçilərinin psixoloji rifahına belə ciddi diqqət yetirmələridir. Mən 20 ildir bu sahədə çalışıram və bu münasibət göstərir ki, nəhayət şirkət rəhbərləri anlayırlar ki,
İNSANLAR – ONLARIN ƏSAS RESURSDUR!

Əməkdaşların təlimdə fəal iştirak etmələri və sonda müsbət rəy vermələri ilə yanaşı, mənim üçün Bravo Supermarket Azərbaycan işçilərinə “Təcili Psixoloji Yardım” üzrə 4 günlük layihə üçün ən vacib rəy əməkdaşların iki şərhi oldu. Birincisi, martın 7-də təlimin iştirakçısı məni ikinci təlimin fasiləsində, martın 9-da hipermarketdə görərkən, supervayzerlə birlikdə yaxınlaşdı və təlim üçün bir daha təşəkkür etdi, dedi ki, martın 4-dən sonra yalnız son 2 gecə, yəni təlimdən sonraki gecə və 8 martda o, rahat yatır, artıq qorxu diksinib oyanmır. İkincisi isə, bu layihədən sonra şirkətin şəxsən ona nə qədər dəyər verdiyinə dair sübuta ehtiyac olmadığını söyləyən bir işçinin rəyi idi. Daha yüksək və ya aşağı maaşlar bazarda çox yaxındır və bəzən şirkətin sizə necə münasibət göstərdiyini başa düşmək çox çətin olur. “Belə qayğıkeş münasibətdən sonra mən buranı heç vaxt qoyub getmərəm” – çox səmimi səsləndi..
Mənim üçün bu işimin ən yüksək məmnunluq səviyyəsidir.