Hörmətli və çox dəyərli isgüzar tərəfdaşlarım, sosial şəbəkələrdə olan dostlarım və həmkarlarım !
Sizlərə çox gözəl xəbərim var:

Beləliklə, müxtəlif biznes seqmentlərində mütəmadi olaraq müvafiq endirim kampaniyaları keçirilirməkdədir.
Həmçinin, Payız mövsümu isə hər zaman peşəkar və şəxsi inkişafla, ilin sonunadək olan hədəflərə uğurla çatmaqla, stressə müqaviməti artırmağa olan ehtiyacla əlaqələndirilir.

Bunları nəzərə alaraq, eləcə də, təlim və konsultasiyalarımdan faydalanmaq ehtiyacında olan biznes tərəfdaşlarıma dəstəyimizi əlçatan etmək məqsədilə və 15 illik peşəkar təcrübəm dövründə ilk dəfə olaraq biznes portfelimdə olan bütün təlimlərə endirim elan edirəm.

Belə ki, cari biznes partnyorlarıma, əməkdaşlıq etdiyim şirkətlərə – 30%, yeni qoşulacaq şirkətlərə isə 20% olmaqla endirimlər ediləcəkdir.
Oktyabrda imzalanan müqavilələrdə isə növbəti ilin oktyabrına qədər endirimli qiymətlər qüvvədə olacaqdır.

Hər kəsə uğurlar diləyilə, tezliklə görüşənədək!