Narmin Mahmud Зара Везирова Dayaq Patronaj Xidmeti dəvətinizə görə təşəkkür edirəm. Fikrimcə, tədbir çox faydalı və maraqlı keçdi.

23 sentyabr 2022-ci il tarixində Dayaq Patronaj Xidmətinin təşkilatçılığı ilə “Beynəlxalq Altsheymer Xəstəliyi ilə bağlı Məlumatlandırma Günü” nə həsr edilmiş️“Altheymer, demensiya və koqnitiv pozğunluqlar zamanı rast gəlinən problemlər və onların tibbi-sosial həlli yolları” mövzusunda həmkarlararası səmimi müzakirə həyata keçirilib.

Dayaq Patronaj Xidmətinin təsisçisi Nərmin Mahmud tədbir iştirakçılarını salamlayaraq, təşkilatın yaradılma məqsədləri və fəaliyyət istiqamətləri barədə geniş məlumat verib.

Təşkilatın həmtəsisçisi Zəhra Vəzirova da çıxış edərək altsheymer xəstəliyinə müasir və multidisiplinar yanaşmanın mühüm əhəmiyyət kəsb etdiyi barədə öz fikirlərini bölüşüb və tədbir iştirakçılarını müzakirələrdə aktiv olmağa dəvət edib.

Yüksəkixtisaslı mütəxəssislər tərəfindən proqrama uyğun olaraq mövzu ilə əlaqəli müxtəlif məruzələrin təqdim edildiyi tədbir səmimi müzakirə formatında həyata keçirilib.