Təhsildə Keyfiyyət Təminatı Agentliyi rəhbəri, hörmətli Ülkər xanımın dəvəti ilə Lənkəranda, çox möhtəşəm bir gün yaşadıq.
TKTA-nın heyətinə “İş və həyat balansı” təlimini keçirtdim.
Balansı qoruma üsulları, pozulmasının təzahürləri və fəsadları haqqında ətraflı danışıb, testlər və tapşırıqlar keçirtdik.
İkinci hissəni açıq havada müxtəlif oyunlar, qrup tapşırıqları ilə davam etdik.
Komanda yüksək motivasiyanı və dəyişikliklərə açıq olmasını nümayiş etdirib.
Uğurlar sizə, dostlar!