26 aprel 2020-ci il tarixində Avropa İttifaqı(Delegation of the European Union to Azerbaijan) tərəfindən maliyyələşdirilən və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin(Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi), UNICEF Azərbaycanın(Unicef Azerbaijan) texniki dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə həyata keçirilən “5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsinin 📍Biləsuvar(Biləsuvar rayon İcra Hakimiyyəti), 📍Şəmkir(Şəmkir rayon İcra Hakimiyyəti), 📍Tovuz(Tovuz rayon İcra Hakimiyyəti), 📍Qazax(Qazax Rayon İcra Hakimiyyəti) və 📍Bakı şəhəri Xəzər(Bakı Şəhəri Xəzər Rayon İcra Hakimiyyəti)rayonlarından olan üzvləri üçün onlayn platforma üzərindən təlim keçiriləcək. Təlim həkim psixiatr, biznes-konsultant, təlimçi Həlimə Qəmərlinskayanın(Halima Gamarlinskaya) təqdimatında ▶️”Stresli vəziyyətlərin idarə olunması” mövzusunda keçiriləcəkdir.

Baş tutacaq təlimdə hər rayondan 20 üzv olmaqla ümumilikdə 100 nəfər iştirak edəcəkdir.