– Həlimə xanım, emosional tükənmə nədir və hansı insanlarda baş verir?
– Son zamanlarda belə hallara tez-tez rast gəlinir. Daha çox müəllimlər, həkimlər, müştərilərlə mütəmadi ünsiyyətdə olan əməkdaşlarda və s. peşə sahiblərində baş verir. Bir misal gətirim. Biz telofonu səhərdən axşama qədər işlədirik. Enerjisi azaldıqda, onu enerji ilə doldururuq. Doldurmasaq, telefon sönəcək. Emosional tükənmə olur. İnsanın daxilində stressə qarşı, xəstəliklərə qarşı və s. resurslar mövcuddur. İnsan öz qarşısına hədəflər qoyur. Dayanmadan çalışır. Bunun da nəticəsində, tədricən emosional tükənmə baş verir. Bu da mərhələli şəkildə olur. Əgər bir insan axşama qədər işləyib axşam özündə yorğunluq hiss edirsə və yatıb səhər oyandıqda o yoğrunluğu hiss etmirsə, bu, fizioloji yorğunluqdur. Yox, əgər o yorğunluq səhər oyandıqda keçmirsə, bu, emosional yorğunluğun ilk mərhələsi hesab edilir. Bəzən həkimlər əlavə xəstələrə baxır, müəllimlər əlavə şagirdlər götürür, ofsiantlar müştərilər gedənə qədər restoranda gözləyir vəs. İş normadan artıq olanda orqanizm yorulduğu barədə siqnal göndərir. Lakin şüur bunu qəbul etmir və işləməyə davam edir. İnsan özünə yorulmağa imkan vermir. Bu zaman artıq qıcıqlanmalar və əsəbilik başlayır. Bu, emosional tükənmənin ikinci mərhələsidir. Üçüncü mərhələ isə bir az daha kəskinləşir. Bu hal daha çox müəllimlərə və həkimlərə aiddir. Belə hallarda müəllimlər şagirdlərlə, həkimlər isə xəstələrlə aqressiv danışırlar. Bu mərhələdə insanların psixoloqlara müraciət etməsini məsləhət görürəm. Üçüncü mərhələdə, eyni zamanda, bir müddət işdən uzaqda dincəlməyi, idmanla, yoqa ilə məşğul olmağı vacib hesab edirəm. Təəssüflər olsun ki, insanlar buna bir o qədər də önəm vermirlər. Nəticədə isə, insan özünü dördüncü mərhələyə gətirib çatdırırlar. Bu mərhələdə orqanizm tamamilə “sönür”. Daxili orqanlarda da problemlər yaranmağa başlayır. Bu mərhələdə təkcə psixoloq, psixiatrlar yox, terapevtlərin də, nervpotoloqların da müdaxiləsinə ehtiyac yaranır. Emosional tükənmə bəzi hallarda ölümlə də nəticələnə bilir. İnsanlar öz iş yerlərində dünyalarını dəyişirlər.
– Belə hallarla qarşılaşmamaq üçün hansı proflaktik tədbirlər görülməldir?
– İnsan ilk növbədə öz bədənini “dinləməldir”. Hədəfə çatmaq üçün sağlam olmalıyıq. Çox yükləndikdə stresə müqavimət də azalır, immun sistem zəifləyir. Bu baxımdan, görüləcək işləri öncədən planlaşdırmaq və normadan artıq iş götürməməyi məsləhət görürəm.
Əlaqə: (077) 2011400