Peşə seçimi hər bir yeniyetmənin və valideynlərin gec və ya tez üzləşdiyi məsələdir.

Gələcəkdə səhv etməməyiniz üçün, artıq yeniyetməlik dövründə şəxsi keyfiyyətlərinizi və qabiliyyətlərinizi harada tətbiq edə biləcəyiniz barədə düşünə bilərsiniz və düşünməlisiniz.

Bu təlimin məqsədi iştirakçıların hər birinə peşkar dünyanı anlamaqda və gələcəkdə şüurlu müstəqil seçim etmək üçün potensiallarından istifadə edə biləcəklərini anlamaqda kömək etməkdir.

Peşə yönümü təlimi olan “Amal axtarışında” 13 yaşdan 17 yaşa qədər olan yeniyetmələr üçün nəzərdə tutulmuş bir təlimdir: təlim oyun üsulları, modelləşdirmə üsulları, diaqnostik üsullardan (testlər), müzakirə və “ideyaların yaranması” (“beyin fırtınası”) kimi qrup işi üsullarından, sadə istirahət çalışmalarından istifadə etməklə keçirilir.

Dərs müddəti:

3 saat + 30 dəqiqə çay fasiləsi

İştirakçıların sayı:

Bir qrupda 20 nəfərədək.

İştirakçıların yaş kateqoriyası:

8-11 sinif şagirdləri

Qiymət:

50 AZN

Qruplar rus(14:00-17:30) və azerbaycan bölmələri (9:30-13:00) üzrə formalaşacaq.

Təlimə biletləri əldə etmək üçün Əzizə xanımla (0774669696) əlaqə saxlamağınız xahiş olunur.