Beləliklə, yeni mövsüm başladı və bu payız mövsümündə açılışı KPMG audit şirkəti ilə “İş və Həyat Balansı” mövzusunda təlimlə etdik. Təlimdə balansın nə demək olduğu, balans olmadıqda hasnı fəsadlar gətirməsi barədə danışdıq, balansın tənzimlənməsi üçün alətlər verildi, müxtəlif testlər keçirildi və müxtəlif müzakirələr aparıldı. Təlimin sonunda mənə təqdim olunan sürpriz – təlimdən xatirə hədiyyə üçün xüsusi təşəkkür. Çox sağ olun!