11-14 Sentyabr 2019-cu il tarixində 18-ci Beynəlxalq Avrasiya Cərrahiyyə Konqressi Bakı şəhərində keçiriləcək. Tərkibində 12 sentyabr tarixində Plastik, Estetik və Rekonstruktiv Cərrahiyyə sektoru yer alıb və həmin gün mən də Dilqəm Məhərrəmovun xüsusi dəvəti ilə çıxış edəcəyəm. Çıxışım plastik rekonstruktiv estetik cərrahiyyə sektoruna aiddir, “Perfeksionizm və plastik cərrahiyyə” mövzusunda olacaq. Hər il keçirilən bu konqressdə bu il 28 ölkənin iştirakı nəzərdə tutulur: ABŞ, Avstraliya, Gürcüstan, Türkiyə, Rusiya və digər öndəgedən ölkələr. Azərbaycanda bu miqyasda keçirilən ilk tibbi konqressdir. Konqressdə üç əsas sektor var: ümumi cərrahiyə sektoru, kardio-vaskulyar cərrahiyə sektoru və plastik cərrahiyə sektoru. Tədbirin ilk günü Tibb Universitetinin rektoru Gəray Gəraybəyli öz çıxışı ilə açılış edəcək. Çıxışçılar arasında Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, professor Rauf Ağayev və digərləri yer alır. Tədbirin təşkilatı dəstəyi Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti və Elmi Cərrahiyə Mərkəzidir. Çıxışım saat konqressin ikinici hissəsində baş tutacaq.