İyulun ayının 20-də növbəti “Agile Mindset” (Çevik Zəka) təlimini keçirdim. Bugünki gündə, müştəri xidmətlərini sürətləndirmək, əmək səmərəliliyini və məhsuldarlığı artırmaq, həm şöbələr arasında, həm də şirkət və müştərilər arasında əlaqə yaratmaq istəyən şirkətlər üçün bazarda çox aktua bir mövzudur. “Agile Mindset” Çevik Korporativ Mədəniyyətin qurulmasının təməlində dayanır. Təlim ADMEDIA reklam şirkəti üçün keçirildi. Təlim zamanı əməkdaşların nə dərəcədə çevik olduqlarını yoxlamaq və onlarda çevikliyi inkişaf etdirmək imkanlarının nə qədər olduğunu göstərən müxtəlif tapşırıqlar, testlər və oyunlar keçirildi.